Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsinə Robert Köçəryana qarşı həbs qətimkan tədbirinin tətbiq edilməsi barədə vəsatət təqdim edilib.

"Unikal" xəbər verir ki, bu barədə erməni KİV yazıb. 

Köçəryan xüsusilə külli miqdarda çirkli pulların yuyulmasında, vəzifə səlahiyyətlərindən sui-istifadədə və xüsusilə külli miqdarda rüşvət almaqda ittiham olunur.

***17:24

Ermənistan Respublikasının ikinci prezidenti Robert Köçəryan xəstəxanadan Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsinə köçürülür.

"Unikal" xəbər verir ki, bu barədə onun vəkili Aram Orbelyan açıqlayıb. 

Xatırladaq ki, avqustun 25-də hüquq-mühafizə orqanlarının əməkdaşları Robert Köçəryanı Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə təhvil veriblər. Daha sonra məlum olub ki, Robert Köçəryan və böyük oğlu Sedrak Köçəryanlar həbs olunublar.

Ağarza Elçinoğlu