Rusiya Prezidenti Vladimir Putin səkkiz Rusiya bölgəsindən olan doqquz qadına "Qəhrəman Ana" titulunu verib. 

"Unikal" xəbər verir ki, təltif olunanlar arasında Dağıstan sakini Asiyat Dibirova da var. Fərman hüquqi informasiya portalında yerləşdirilib.

"Qəhrəman Ana" Rusiya Federasiyasında ən yüksək dövlət titullarından biridir. 10 və ya daha çox uşaq dünyaya gətirmiş və böyütmüş qadınlara verilir.

Bu ada layiq görülənlərə orden və 1 milyon rubl (20 104 manat) məbləğində birdəfəlik pul mükafatı təqdim olunur.

Seymur Əli