ABŞ Dövlət Departamenti İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) beş yüksək vəzifəli lideri haqqında məlumat verənlərə "Ədalət üçün mükafatlar" proqramı çərçivəsində 10 milyon dollara qədər mükafat təklif edir.
"Unikal" xəbər verir ki, bu şəxslər arasında SEPAH komandanı Əhməd Vahidi, Xatəm əl-Ənbiya Mərkəzi Komandanlığının qərargah rəisi Əli Abdullahi, SEPAH-ın Aerokosmik Qüvvələrinin Pilotsuz Uçuş Aparatları Bölməsinin komandanı Səid Ağayan, SEPAH-ın Kiber-Elektron Komandanlığının rəisi Həmidrez Laşqarian və SEPAH Kəşfiyyat Strukturunun rəisi Məcid Xadem var.
"Ədalət Mükafatı"nın rəsmi saytında bildirilir ki, bu şəxslər İslam İnqilabı Keşikçiləri Korpusunun müxtəlif bölmələrinə komandanlıq edir və onlara rəhbərlik edirlər. Vaşinqtonun sözlərinə görə, bu bölmələr dünyada terrorizmi planlaşdırır, təşkil edir və həyata keçirir. Amerika tərəfi xüsusilə qeyd edir ki, onlarla əlaqəli SEPAH strukturları ABŞ hərbçilərinə qarşı silahlı hücumlarda və ABŞ-nin vacib infrastrukturuna qarşı kiber əməliyyatlarda iştirak edib.
Dövlət Departamenti müvafiq məlumata malik olan hər kəsi proqramın təhlükəsiz kanalları vasitəsilə təqdim etməyə çağırıb. Proqram əvvəllər Müctəba Xamenei, Əli Əsğər Hicazi, Yəhya Rəhim Səfəvi və İskəndər Momeni haqqında məlumat üçün 10 milyon dollara qədər təklif etmişdi.
Ağarza Elçinoğlu


























.jpg)
.jpg)
















.jpg)

.jpg)






