Amur Qaz-Kimya Kompleksində baş verən partlayış nəticəsində ən azı 75 nəfər xəsarət alıb.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya mətbuatı yazıb. 

Qeyd edək ki, avqustun 25-i səhər saatlarında Amur bölgəsindəki zavodda partlayış baş verdiyi bildirilib. Qeyri-rəsmi məlumatlara görə, hadisə nəticəsində metanol emalı zavodunda yanğın baş verib. Yanğın təxminən iki min kvadratmetr sahəni əhatə edib. 

Hadisənin səbəbini araşdırmaq üçün xüsusi komissiya yaradılıb.

Ağarza Elçinoğlu