İran Parlamentinin spikeri Məhəmməd Bağır Qalibaf ABŞ-nin İrana qarşı sanksiya təzyiqini gücləndirmək siyasətini lağa qoyub.
"Unikal" xəbər verir ki, bu barədə o, X sosial şəbəkəsində paylaşım edib.
Qalibaf Amerika prezidentinin seçki kampaniyası şüarı olan "Amerikanı yenidən möhtəşəm edin" şüarına istinadən deyib ki, ABŞ prezidenti Donald Tramp əslində "Amerikanı yenidən ac qoymağa" çalışır.
İran parlamentinin rəhbəri Trampın paylaşımına cavab olaraq ABŞ prezidentinə bu sözlərlə müraciət edib: "Gəlin Amerikanı yenidən ac saxlayaq".
Qalibaf həmçinin ABŞ-də yoxsulluq və ərzaq təhlükəsizliyi ilə bağlı məlumatları əks etdirən qrafik paylaşaraq yazıb: "47 milyon amerikalı acdır və bu rəqəmlər sizin ifadələriniz kimi saxta deyil".
Ağarza Elçinoğlu


























.jpg)
.jpg)
















.jpg)

.jpg)






