Dağıstanda, təxminən 130 min kvadratmetr sahəni əhatə edən "Tübe" sənaye parkındakı "Ozon" şirkətinin böyük logistika kompleksinə zərbə endirilib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, hücumdan sonra kompleksin ərazisində genişmiqyaslı yanğın baş verib. Bir neçə nəfər yaralanıb.
Obyekt Şimali Qafqazda "Ozon" üçün mühüm logistika əhəmiyyətinə malik idi - orada əhəmiyyətli miqdarda mal və sifarişlər emal olunurdu və şirkətin regiondakı logistika şəbəkəsinin əsas qovşaqlarından biri hesab edilirdi.
Bundan əlavə, kompleks beynəlxalq logistika üçün də vacib idi - beynəlxalq Şimal-Cənub nəqliyyat dəhlizi çərçivəsində Azərbaycana və İrana təchizatların inkişafı üçün regional mərkəz hesab olunurdu.
Ağarza Elçinoğlu
Момент атаки на склад #Ozon в #Дагестане. pic.twitter.com/mbuqPeJdJp
— Unikal.az (@UnikalOrgPortal) August 24, 2026


























.jpg)
.jpg)
















.jpg)

.jpg)






