Türkiyənin Balıkesir vilayətində dayanacaqda baş verən qəzada ağır yaralanan 27 yaşlı Birsen Filiz xəstəxanada üç günlük həyat mübarizəsini uduzub. 

"Unikal" xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb. 

Ötən gün toyu keçirilməli olan gənc qadın həmin gün torpağa tapşırılıb.

Qeyd edək ki, o, Paşa Məscidinin yeraltı dayanacağında baş verən qəzada nəqliyyat vasitəsinin altında qalaraq ağır yaralanmışdı. 

Bildirilib ki, qadın Balıkesirə gəlinlik seçməyə gedibmiş. 

Ağarza Elçinoğlu