İrana iqtisadi təzyiq hərbi əməliyyatların bərpası variantının istisna edilməsi demək deyil. 

"Unikal" xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp bildirib.

Onun sözlərinə görə, ABŞ iqtisadi tədbirlərin nəyə gətirib çıxaracağını görmək istəyir. Tramp bir daha iddia edib ki, İran hazırda ciddi iqtisadi problemlərlə üzləşir və ölkədə inflyasiya 350 faizə çatıb. ABŞ prezidenti bildirib ki, onlar Hörmüz boğazına tam nəzarət edir və əlavə edib ki, İran saziş imzalamaq istəyir. Lakin Trampın fikrincə, İran tərəfi hələlik düzgün razılaşmaya hazır deyil.

Ağarza Elçinoğlu