İtaliyanın Komo şəhərinin meri Alessandro Rapinese tarixi mərkəzin əhəmiyyətli bir hissəsində velosipedlərin istifadəsini qadağan edib. 

"Unikal" xəbər verir ki, bu barədə xarici KİV yazıb. 

Mer qərarını bu yaxınlarda elektrikli velosipedin onu vurması ilə izah edib və problemin ciddiliyini şəxsi təcrübəsindən başa düşdüyünü bildirib.

Yeni qaydalar sentyabr ayında Komoda qüvvəyə minəcək. Şəhər mərkəzindəki təxminən 30 küçəni əhatə edən ərazidə velosipedçilər velosipedlərini yanlarında daşıyaraq piyada hərəkət etməli olacaqlar.

Qadağa təkcə elektrikli velosipedlərə deyil, həm də istənilən velosipedə şamil olunub.

Ağarza Elçinoğlu