İran Yaxın Şərqdə yenidən hərbi əməliyyatlar başlayacağı təqdirdə daha güclü silahlar hazırlayıb.
"Unikal" xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) rəsmi sözçüsü Hüseyn Mohebi bildirib.
"Əgər müharibə yenidən başlasa, istifadə etdiyimiz silahlar mütləq fərqli olacaq və bu fərq döyüş başlıqlarının generasiyasında, vurma dəqiqliyində, raketlərin məsafəsində və ya hər hansı digər göstəricidə özünü göstərə bilər", - deyə o qeyd edib.
İranın yüksək rütbəli hərbi rəsmisi əlavə edib ki, Tehran bütün silahlanma imkanlarını gündən-günə təkmilləşdirir və daha dəqiq, dağıdıcı və texnoloji cəhətdən inkişaf etmiş silahlar istehsal edir.
Ağarza Elçinoğlu



























.jpg)
.jpg)
















.jpg)

.jpg)





