Bu gün Azərbaycanın Milli Qəhrəmanları, general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyevin şəhid olmasının ildönümüdür.

"Unikal" xəbər verir ki, 2020-ci il iyulun 14-də Tovuz rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin təxribatlarının qarşısının alınması zamanı ön cəbhədə döyüş tapşırığını yerinə yetirən Polad Həşimov və İlqar Mirzəyev qəhrəmancasına şəhid olublar.

Onların şəhadətə ucalması Azərbaycan cəmiyyətində böyük rezonans doğurmuş, xalqın Vətənə bağlılığını və həmrəyliyini bir daha nümayiş etdirmişdi. Tovuz döyüşləri sonrakı dövrdə Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda aparılan mübarizədə mühüm mərhələlərdən biri kimi tarixə düşüb.

Polad Həşimov və İlqar Mirzəyev göstərdikləri şücaətə görə ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüblər.

Fotolar: Turqut Sultan

image