Bakıda yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan şəxs xəstəxanada vəfat edib.
"Unikal"ın məlumatına görə, hadisə iyulun 11-də Yasamal rayonu, A.M.Şərifzadə küçəsi yaxınlığında baş verib.
Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan Rüstəm Nizami oğlu Əlizadə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Lakin o, iyulun 13-də aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmişin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi başlanıb, ibtidai istintaq aparılır.
Murad İbrahimli
































.jpg)




















