"İslam Respublikasının atom bombası hazırlamasının vaxtı çatıb".

"Unikal" xəbər verir ki, bu barədə İran Parlamentinin Milli Təhlükəsizlik Komissiyasının üzvü Əhməd Baxşiş Ərdəstani ILNA xəbər agentliyinə bildirib.

"İran bunun üçün kifayət qədər pul ödəyib və lazımi araşdırmanı aparıb. Buna görə də indi bomba hazırlamaq lazımdır", - deyə o qeyd edib. 

Parlamentari İslam Respublikası nüvə silahı istehsal etməyə çalışacağı təqdirdə ona qarşı qlobal konsensusun yaranma ehtimalı ilə bağlı suala belə cavab verib: "İndi İslam Respublikasına qarşı qlobal konsensus yoxdurmu? Amerika hər gün bizimlə müharibə aparır. Oman dənizində və Hind okeanında 60.000 əsgər, gəmi, freqat və hərbi gəmi yerləşdirib. Beləliklə, bu konsensus hələ də mövcuddur".

Ağarza Elçinoğlu