ABŞ prezidenti Donald Tramp İranın silah istehsalı imkanlarının əksəriyyətini itirdiyini və istehsal gücünün təxminən 84%-nin məhv edildiyini qeyd edib.

"Unikal" xəbər verir ki, o, bu barədə yerli mətbuata açıqlamasında deyib. 

"Onlar silah istehsal etmək qabiliyyətlərini böyük ölçüdə itiriblər. Söhbət onların istehsal gücünün 84%-nin məhv edilməsindən gedir", - deyə o bildirib.