Ukraynanın daxili işlər naziri İqor Klimenko ölkənin yeni müdafiə naziri ola bilər.

"Unikal" xəbər verir ki, bu barədə Ali Radanın üzvü Olqa Vasilevska-Smaqlyuk özünün "Telegram" kanalında yazıb. 

Onun sözlərinə görə, Klimenko Mixaylo Fedorovu əvəz edə bilər: "Təhlükəsizlik sektorunda kadr dəyişiklikləri ilə bağlı son xəbərlər belədir: İqor Klimenko müdafiə naziri vəzifəsində Mixail Fedorovun yerinə əsas namizəddir. Bu təyinatların lehinə səslər var".

Vasilevskaya-Smaqlyuk həmçinin Ukrayna Milli Polisinin hazırkı rəhbəri İvan Vıqovskinin ölkənin Daxili İşlər Nazirliyinə rəhbərlik edə biləcəyini və İvan Fedorovun respublikanın baş nazirinin müavini ola biləcəyini deyib. 

İyulun 12-də Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna hökumətinin tezliklə yenidən qurulacağını elan edib. 

Ağarza Elçinoğlu