ABŞ silahlı qüvvələrinin zərbələri nəticəsində İranın yeddi şəhərində və üç adasında güclü partlayışlar qeydə alınıb.
"Unikal" xəbər verir ki, bu barədə İran dövlət mediası məlumat yayıb.
Partlayışlar ölkənin cənubundakı Buşehr əyalətinin Cam, Buşehr və Kengan şəhərlərində və Hörmüzgan əyalətinin cənubundakı Bəndər Abbas liman şəhərində baş verib. "Mehr" xəbər agentliyinin məlumatına görə, dörd nəfərin yaralandığı cənub-qərbdəki Xuzistan əyalətinin Omidiyyə şəhərində və Sistan və Bəlucistan əyalətlərinin Oman körfəzi sahilində yerləşən Çabahar və Konarak şəhərlərində də partlayışlar baş verib.
Bundan əlavə, Amerikanın İranın Fars körfəzindəki Kiş və Əbu Musa adalarına, eləcə də Hörmüz boğazındakı Qeşmə zərbələri qeydə alınıb.



















.jpg)





.webp)


.webp)



.webp)
























