Böyük Britaniya hökuməti İran İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) milli təhlükəsizlik üçün təhdid kimi tanıyaraq bu quruma hər cür dəstəyi qadağan edib.
"Unikal" BBC-yə istinadla xəbər verir ki, bu barədə Böyük Britaniyanın daxili işlər naziri Şabana Mahmud Parlamentə təqdim etdiyi yazılı bəyanatda bildirib.
Qeyd edilib ki, yeni səlahiyyətlər çərçivəsində SEPAH-a dəstək göstərmək, o cümlədən təşkilat barədə müsbət fikir ifadə etmək və ya onun fəaliyyətinə hər hansı formada yardım etmək cinayət hesab olunacaq. Bu əmələ görə 14 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
Yeni qərarla polis və xüsusi xidmət orqanlarına casusluq, xarici müdaxilə, təxribat və bu qrupların törədə biləcəyi fiziki hücumlarla mübarizə üçün əlavə səlahiyyətlər veriləcək.























.jpg)







.jpg)















.jpg)




.jpg)



