Fransa Prezidenti Emmanuel Makron Silahlı Qüvvələr qarşısında çıxışı zamanı hərbçiləri gələcəyin münaqişələrinə hazır olmağa çağırıb.
"Unikal" xəbər verir ki, Makron deyib ki, ölkənin gələcək müharibələrdə uğuru bu gün mövcud münaqişələrdə etibarlı tərəfdaş kimi çıxış etməsindən asılıdır.
"Biz gələcəyin müharibələrinə hazırlaşmalıyıq. Lakin buna nail olmaq üçün bugünkü münaqişələrdə gücümüzü və etibarlılığımızı sübut etməliyik. Ukraynada mövqelərimizi qorumaq, Yaxın və Orta Şərqdə tərəfdaşlarımızın yanında olmaq, Afrikada etibarlı tərəfdaş statusumuzu saxlamaq və Hind-Sakit okean regionunda mövqelərimizi gücləndirmək 2030-cu ilin çağırışlarına hazır olub-olmayacağımızı müəyyən edəcək", – deyə o vurğulayıb.
Fransa Prezidenti yaxın vaxtlarda ölkənin qarşıdakı 10 il üçün milli müdafiə strategiyasını əhatə edən yeni proqramı təqdim edəcəyini də açıqlayıb.
Makron çıxışında Fransa və Böyük Britaniyanın təşəbbüsü ilə Ukraynaya dəstək məqsədilə yaradılan "Könüllülər koalisiyası"na da toxunaraq, bu birliyi Avropa ölkələrinin öz təhlükəsizliklərinə görə məsuliyyəti üzərinə götürmək iradəsinin göstəricisi kimi qiymətləndirib.
Onun sözlərinə görə, Avropa suveren dövlətlərin qərarlarına əsaslanaraq öz müdafiəsini təmin edən gücə çevrilmək istiqamətində irəliləyir.
























.jpg)






.jpg)















.jpg)




.jpg)



