Ermənistanın Baş naziriNikol Paşinyanın keçmiş həyat yoldaşı Anna Akopyan Baş nazir ofisinin hesabına Efiopiyaya səfər edəcək.

"Unikal" xəbər verir ki, bununla bağlı Baş nazirin müavini Mher Qriqoryan qərar imzalayıb. Qərarda Akopyan Paşinyanın rəsmi həyat yoldaşı kimi qeyd edilib. 

"Ermənistan Respublikası Baş nazirinin həyat yoldaşı Anna Hakobyan "Sülh və Davamlı İnkişaf: Fəlsəfi Tədqiqat" adlı beynəlxalq konfransda iştirak etmək üçün 19-21 iyul 2026-cı il tarixləri arasında Efiopiya Federal Demokratik Respublikasına (Əddis-Əbəbə) ezam olunacaq. Ermənistan Respublikası Baş Nazirinin Aparatı, müəyyən edilmiş qaydada, ezamiyyətlə bağlı faktiki xərclərin (19 iyul üçün gündəlik xərclər – Dubay tranzit məntəqəsi üçün) ödənilməsini təmin etməlidir", - deyə qərarda qeyd edilir.