“The Times” qəzeti Finlandiyanın Rusiya ilə nüvə müharibəsinə hazırlıqları haqqında məqalə dərc edib.
"Unikal" xəbər verir ki, məqalədə ikili məqsədli bomba sığınacaqlarının - ölkə daxilində 1 milyona qədər insanı sığınacaqla təmin edə bilən 5500 obyektin geniş şəbəkəsi təsvir olunur.
Onlar üzgüçülük hovuzu, sauna, idman zalları və oyun meydançaları kimi fəaliyyət göstərir, lakin yeraltıdır və partlayış qapıları, hava filtrasiya sistemləri, müstəqil enerji təchizatı və su ehtiyatı ilə təchiz olunub.
Xatırladaq ki, Finlandiya parlamenti ölkə daxilində nüvə silahlarının daşınması və saxlanmasına qoyulan məhdudiyyətləri aradan qaldırıb. “Politico” əvvəllər NATO-nun şərq cinahını gücləndirməyə tələsdiyini bildirmişdi.

















.jpg)


.jpg)
.jpg)

.jpg)

































