Xaçmaz rayonunda elektrik dirəyindən yıxılan kişi həyatını itirib.

"Unikal" report-a istinadla xəbər verir ki, hadisə rayonun Qoçaqlı kəndində qeydə alınıb.

1962-ci il təvəllüdlü Əbilfərz Balakişiyev elektrik dayağına naqil quraşdıran zaman hündürlükdən yıxılıb və hadisə yerində keçinib.

Əbilfərz Balakişiyevin dəqiq ölüm səbəbi məhkəmə-tibbi ekspertiza tərəfindən müəyyən ediləcək.

Faktla bağlı araşdırma aparılır.