SEPAH-ın Küveytə təşkil etdiyi son hava zərbələri nəticəsində İrana tərəf yönəldildiyi iddia edilən  ABŞ-nin "HIMARS" raket buraxılış qurğuları məhv edilib.

"Unikal" xəbər verir ki, bu barədə "Fars" agentliyi məlumat yayıb.

Həmçinin qeyd olunur ki, hücumlar zamanı bir neçə ABŞ hərbçisi həlak olub və yaralanıb.

Bundan əlavə, ərazinin fotoşəkillərini araşdıran "FarsNews"un mənbələri iddia edirlər ki, İslam Respublikasına zərbələr endirmək üçün istifadə olunan silahlar ABŞ bazalarından kənarda yerləşib.

Onların sözlərinə görə, bu, Küveyt,  Bəhreyn,  BƏƏ və  Qətərin öz ərazilərini ABŞ-nin ixtiyarına verdiyini və İrana qarşı yönəlmiş Amerika hücumlarında iştirak etdiyini sübut edir.