Gələcəkdə Dünya Kubokunda iştirak edən milli komandaların sayı 64-ə çatdırıla bilər.
"Unikal" xəbər verir ki, bunu FIFA prezidenti Canni İnfantino deyib.
FIFA prezidenti turnirin formatının daha da genişləndirilməsinin nəzərdən keçiriləcəyini açıqlayıb. O, 2026-cı il Dünya Kubokunda iştirakçıların sayının ilk dəfə 32-dən 48-ə qaldırıldığını xatırladıb.
İnfantinonun sözlərinə görə, Dünya Kubokunda oynamaq arzusu yalnız seçilmiş bir neçə ölkə ilə məhdudlaşmamalıdır; bütün milli komandalar buna can ata bilməlidir. FIFA prezidenti 64 komandalı formatın müzakirə olunacağını, lakin hələlik yekun qərar verilmədiyini vurğulayıb.
















.jpg)


.jpg)
.jpg)

.jpg)


































