Almaniyanın Brandenburq əyalətində şəhərlərarası sərnişin avtobusunun qəzaya uğraması nəticəsində 11 nəfər xəsarət alıb.

"Unikal" xəbər verir ki, içərisində 70-dək sərnişinin olduğu ikimərtəbəli avtobus yoldan çıxaraq aşıb. Qəzanın sürücünün idarəetməni itirməsi nəticəsində baş verdiyi ehtimal olunur.

Qəzanın səbəbləri araşdırılır.