Məşhur amerikalı aktyor Jan-Klod Van Dammın Qəbələ rayonunun Vəndam kəndindəki heykəli əvvəlki yerinə qaytarılıb.
"Unikal" xəbər verir ki, bunu əks etdirən görüntüləri jurnalist Şakir Eminbəyli sosial şəbəkədə paylaşıb.
Qeyd edək ki, heykəltəraş Azad Əliyevin müəllifi olduğu heykəl Vəndam kəndində bir neçə il bundan qabaq ucaldılıb. Abidə 2 il əvvəl təmir işlərinə görə ərazidən götürülmüşdü.
Xatırladaq ki, Van Dammın özü də 2019-cu ildə sosial şəbəkə hesabında heykəl barədə paylaşım edib.





































.jpeg)


















