Fransa Prezidenti Emmanuel Makron Suriyaya səfər edəcək.
"Unikal" xəbər verir ki, bu barədə Suriya Prezident Administrasiyasının Media İdarəsi məlumat yayıb.
Qeyd edilib ki, Fransa Prezidenti ikitərəfli münasibətlərin gücləndirilməsi və qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlərin müzakirəsi məqsədilə Suriyaya səfər edəcək.
Emmanuel Makronu səfər zamanı investorlar və Fransa şirkətlərinin nümayəndələrindən ibarət nümayəndə heyəti müşayiət edəcək.
Suriya Prezidenti Əhməd əl-Şaraa və Emmanuel Makronun nümayəndə heyətlərinin iştirakı ilə dəyirmi masa formatında görüş keçirməsi planlaşdırılır.
Qeyd edək ki, Əhməd əl-Şaraa ötən il Emmanuel Makronun dəvəti ilə Fransaya səfər edib.





































.jpeg)


















