Konqo Demokratik Respublikasında ebola qızdırmasının yayılması nəticəsində ölənlərin sayı 492 nəfərə çatıb.
"Unikal" xəbər verir ki, bu barədə ölkə hakimiyyətinin epidemioloji vəziyyətlə bağlı açıqladığı son hesabatda məlumat verilib.
Hesabatda qeyd olunub ki, mayın 15-də başlayan son yoluxma dalğası çərçivəsində indiyədək ümumilikdə 1528 təsdiqlənmiş ebola yoluxması aşkarlanıb.
Hazırda infeksiyaya yoluxduğu təsdiqlənən 628 nəfər təcrid olunub və ya xəstəxanalarda müalicə alır. Bununla yanaşı, 239 nəfərin sağalaraq evə buraxıldığı bildirilib.























.jpeg)


























.jpg)




