Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İtaliyanın Baş naziri Corcia Meloni ilə telefon danışığı aparıb.
"Unikal" xəbər verir ki, bu barədə məlumatı Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi yayıb.
Bildirilib ki, telefon danışığı zamanı Türkiyə-İtaliya ikitərəfli münasibətləri, həmçinin regional və qlobal məsələlər müzakirə olunub.
Ərdoğan Türkiyə ilə İtaliya arasında, xüsusilə müdafiə sənayesi sahəsində olmaqla, bütün istiqamətlər üzrə əməkdaşlığın gücləndirilməsi üçün səylərin davam etdirildiyini bildirib. O, ikitərəfli münasibətlərə yeni impuls verəcək addımların atılmasının vacibliyini vurğulayıb.
Türkiyə lideri, həmçinin ölkəsində keçiriləcək NATO Liderlər Zirvəsində müttəfiqlər arasında həmrəyliyin və əməkdaşlığın daha da möhkəmləndiriləcəyinə ümid etdiyini qeyd edib.





.jpg)




.jpg)


.jpg)

.jpg)


.jpeg)










.jpg)


























