Bu gün Rusiya bazarında Ermənistan malları sürətlə Azərbaycan malları ilə əvəz olunur.
"Unikal" xəbər verir ki, bunu "Çiçəklənən Ermənistan" Partiyasının sədri Qaqik Tsarukyan bildirib.
O, qeyd edib ki, Ermənistanın iqtisadiyyatla bağlı fikirləri onu heyrətləndirir: "Əgər Ermənistan artıq yaşadığı ciddi çətinliklərlə üzləşərsə, onda hamı əziyyət çəkəcək. Hətta iqtisadiyyatı Rusiyapərəst və Qərbpərəst olaraq bölməyə başlamışıq. Bu, normal deyil. Hazırda Rusiya bazarında nə baş verdiyini bilirsinizmi? Ermənistan malları sürətlə Azərbaycan malları ilə əvəz olunur. Özümüzü aldatmaqla məşğul olduğumuz bir vaxtda real iqtisadiyyat çökə bilər.
Əsl kəndlimiz yoxsulluq həddində ola bilər, əsl iş adamımız iflas edə bilər, real büdcəmizdə ciddi problemlər yarana bilər, iqtisadiyyatın real sektorları sadəcə yox ola bilər.
Son ictimai fəaliyyətlərimi daxili həmrəylik ideyası üzərində qurmuşam. Müharibədən sonrakı yenidənqurma işlərimizin təməl daşı budur. Təəssüf ki, daxili həmrəylik əvəzinə, bu seçkilər xalqın qəzəbini, gərginliyini və bölünməsini daha da dərinləşdirib".
Ağarza Elçinoğlu





 27.jpg)






























.jpg)











