Türkiyədə İstanbuldan İraqa hərəkət edən sərnişin avtobusunun qəzaya uğraması nəticəsində 40 nəfər xəsarət alıb. Yaralananlar arasında uşaqların da olduğu bildirilir.

"Unikal" xəbər verir ki, bu barədə DHA xəbər agentliyi məlumat yayıb.

Məlumata görə, hadisə Ankara–Niğde magistral yolunun Aksaray şəhəri yaxınlığından keçən hissəsində baş verib. İlkin araşdırmalara əsasən, sürücü idarəetməni itirib, nəticədə avtobus yoldan çıxaraq aşıb.

Qəza zamanı avtobusda olan 37 sərnişin, iki sürücü və bir bələdçi müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralılar Aksaray şəhərindəki xəstəxanalara çatdırılıb.

Qəzanın başvermə səbəbləri araşdırılır.