ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatında 1/16 final mərhələsinin son üç görüşü keçiriləcək.
"Unikal" xəbər verir ki, günün ilk qarşılaşmasında Avstraliya millisi Misir yığması ilə üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.
İyulun 4-nə keçən gecə isə Argentina millisi mundialın debütantı Kabo-Verde ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 02:00-da başlayacaq.
Günün son matçında Kolumbiya və Qana yığmaları münasibətlərinə aydınlıq gətirəcəklər. Görüşün start fiti Bakı vaxtı ilə saat 05:30-da səslənəcək.
Bu qarşılaşmalardan sonra dünya çempionatının 1/8 final mərhələsinin son üç iştirakçısı müəyyənləşəcək.
Qeyd edək ki, daha əvvəl Kanada, Braziliya, Paraqvay, Mərakeş, Norveç, Fransa, Meksika, İngiltərə, Belçika, ABŞ, İspaniya, Portuqaliya və İsveçrə milliləri 1/8 finala vəsiqə qazanıblar.










.jpeg)












.jpg)

























