Venesuelada, Karakasdan şimal-qərbdə güclü zəlzələ baş verib.
"Unikal" xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti (USGS) məlumat yayıb.
Məlumata görə, iki ardıcıl təkan olub - biri 7,1 bal gücündə, digəri isə 7,5 bal gücündə olub və mənbəsi təxminən 10 km dərinlikdə yerləşib.
Seysmik hadisə bir neçə iri neft emalı zavodunun yerləşdiyi Montalban şəhərindən 28 km aralıda baş verib.
Yeraltı təkanlar Karakasda da hiss olunub. Medianın məlumatına görə, qorxmuş sakinlər binalarını tərk edərək küçələrə axışıblar.
Məlumata görə, bir çox bina uçmaq təhlükəsi ilə üz-üzədir və qurbanların axtarışı davam edir.



















































.jpg)


