Rumıniya Parlamentinin aşağı palatası ölkənin Moldova ilə birləşməsi ilə bağlı danışıqların başlanmasını nəzərdə tutan qanun layihəsini təsdiqləyib.
"Unikal" xəbər verir ki, Moldova ilə birləşmə təşəbbüsü bu ilin fevral ayında müxalifət partiyası SOS Rumıniya tərəfindən Parlamentə təqdim edilib. Hökumətin və müvafiq parlament komitələrinin mənfi rəylərinə baxmayaraq, sənəd sözdə "gizli təsdiq" proseduru vasitəsilə qəbul edilib. Rumıniya Parlamentinin prosedur qaydalarına əsasən, qeydiyyatdan keçdikdən sonra 45 gün ərzində baxılmayan və ya rədd edilməyən qanun layihələri avtomatik olaraq aşağı palata tərəfindən qəbul edilmiş hesab olunur.
Sənəd Buxarest və Kişinyov arasında iki dövlətin son birləşməsi ilə bağlı danışıqların başlanmasını nəzərdə tutur. Bundan sonra Rumıniya hakimiyyəti müvafiq addımlar barədə NATO, AB, BMT və ABŞ da daxil olmaqla beynəlxalq təşkilatlara məlumat verməlidir.
Qanun layihəsi indi baxılması üçün Rumıniya Parlamentinin yuxarı palatası olan Senata təqdim ediləcək.

























.jpg)










.jpg)


















