Salyan rayonunda “Ford” markalı mikroavtobus və “Mercedes” markalı minik avtomobilinin toqquşması ilə yol-nəqliyyat hadisəsi baş verib.
"Unikal" xəbər verir ki, hadisə günorta saatlarında Ələt-Astara avtomobil yolunun Salyan rayonu Çuxanlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Hadisə nəticəsində xəsarət alanlar, Adil Həsənov, Əlihüseyn Bağırov, Etibar Həsənov, Xoşqədəm Veysəlova, Gülşən Veysəlova, Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.








.jpg)









.jpg)


































