"Paşinyana dəstək olan ermənilər Rusiyaya buraxılmasın".
"Unikal" xəbər verir ki, bunu erməni əsilli rusiyalı jurnalist Marqarita Simonyan deyib.
"Paşinyanı dəstəkləyən ermənilərin Rusiyaya gəlişi həmişəlik qadağan edilsin. Çünki əgər siz Paşinyanı dəstəkləyirsinizsə, deməli, rusafobiyanı dəstəkləyirsiniz, rusafobiyanı dəstəkləyirsinizsə, Rusiyaya nifrət edirsiniz. Mən təmiz erməni olaraq təklif edirəm, Paşinyanı dəstəkləyən, ona səs verən məxluqların doğma ölkəm Rusiyaya gəlişi qadağan edilsin", - deyə Simonyan çıxış edib.
Nuranə Abbasova
















.jpg)










.jpg)


























