ABŞ Prezidenti Donald Tramp İranla sülh barədə müqavilənin yaxın 2-3 saat ərzində imzalanmasının gözlənildiyini deyib.

"Unikal" xəbər verir ki, bu barədə o, “Fox News”a müsahibəsinə bildirib. O, İsrailin Beyruta hücumlarından sonra İsrailin Baş naziri Netanyahuya zəng edib və əlavə hücumlar etməməyi tapşırıb.

Prezident həmçinin İrandan İsrailə raket atəşi ilə cavab verməməyi xahiş edəcəyini bildirib.