Futbol üzrə dünya çempionatının Kanada - Bosniya və Herseqovina oyununda ilk hissə yekunlaşıb.

"Unikal xəbər verir ki, Toronto stadionunda keçirilən B qrupunun matçında avropalılar fasiləyə 1:0 hesabı ilə üstün yollanıblar.

Qarşılaşmanı argentinalı FIFA referisi Fakundo Telyo idarə edir.

XXX

23:29

Futbol üzrə dünya çempionatının Kanada - Bosniya və Herseqovina oyununda hesab açılıb.

"Unikal" xəbər verir ki, Toronto stadionunda keçirilən B qrupunun matçında avropalılar hesabda irəli çıxıblar.

21-ci dəqiqədə Yovo Lukiç fərqlənib.

XXX

23:03

Futbol üzrə dünya çempionatının Kanada - Bosniya və Herseqovina oyunu start götürüb.

"Unikal" xəbər verir ki, B qrupunun matçı Toronto stadionunda keçirilir.

Qarşılaşmanı argentinalı FIFA referisi Fakundo Telyo idarə edir.