ABŞ, Kanada və Meksikanın ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatında daha bir oyun keçirilib.

"Unikal" xəbər verir ki, B qrupunda mundialın ev sahiblərindən olan Kanada millisi Bosniya və Herseqovina yığması ilə qarşılaşıb. Torontodakı "Bimo Fild" stadionunda oynanılan görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Hesabı 21-ci dəqiqədə Avropa təmsilçisinin heyətində Yovo Lukiç açıb. Kanadanın qoluna isə 78-ci dəqiqədə Kayl Larin imza atıb.

Qeyd edək ki, iyunun 13-ü səhər saat 05:00-da D qrupunun ABŞ - Paraqvay, axşam saat 23:00-da isə B qrupunun Qətər - İsveçrə oyunları keçiriləcək.

Dünya çempionatına iyulun 19-da yekun vurulacaq.

*** 00:09

Futbol üzrə dünya çempionatının Kanada - Bosniya və Herseqovina oyununda ikinci hissə başlayıb.

"Unikal" xəbər verir ki, Toronto stadionunda keçirilən B qrupunun matçında avropalılar 1:0 hesabı ilə öndədirlər.

21-ci dəqiqədə Yovo Lukiç fərqlənib.

12 iyun, 23:51

Futbol üzrə dünya çempionatının Kanada - Bosniya və Herseqovina oyununda ilk hissə yekunlaşıb.

"Unikal xəbər verir ki, Toronto stadionunda keçirilən B qrupunun matçında avropalılar fasiləyə 1:0 hesabı ilə üstün yollanıblar.

Qarşılaşmanı argentinalı FIFA referisi Fakundo Telyo idarə edir.

XXX

23:29

Futbol üzrə dünya çempionatının Kanada - Bosniya və Herseqovina oyununda hesab açılıb.

"Unikal" xəbər verir ki, Toronto stadionunda keçirilən B qrupunun matçında avropalılar hesabda irəli çıxıblar.

21-ci dəqiqədə Yovo Lukiç fərqlənib.

XXX

23:03

Futbol üzrə dünya çempionatının Kanada - Bosniya və Herseqovina oyunu start götürüb.

"Unikal" xəbər verir ki, B qrupunun matçı Toronto stadionunda keçirilir.

Qarşılaşmanı argentinalı FIFA referisi Fakundo Telyo idarə edir.