Bu il Goranboy, Göygöl və Samux rayonları üzrə 1,5 kilometr boru xəttinin, həmçinin 32 ədəd subartezian quyusunun təmiri nəzərdə tutulur.
"Unikal" xəbər verir ki, bu sözləri kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramının müzakirəsi məqsədilə Göygöl rayonunda keçirilən regional müşavirədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinin birinci müavini Xəyyam Məmmədov deyib.
O qeyd edib ki, irihəcmli dövlət investisiya layihələri ilə yanaşı, 2025-ci ildə ölkə üzrə 55 kilometrdən artıq kanal beton üzlüyə alınıb, 10,4 kilometrdən çox boru kəməri yenilənib, 2813 metr daş-beton bənd əsaslı təmir edilib, 204 subartezian quyusu əsaslı təmir olunub. Cari təmir planı çərçivəsində isə 6378 subartezian quyusu, 842 nasos stansiyası və 2779 hidrotexniki qurğuda təmir işləri aparılıb, 31 milyon kubmetr həcmində suvarma kanalı və 10 milyon kubmetrə yaxın kollektor-drenaj şəbəkəsi lildən təmizlənib. Bundan əlavə, 10 milyon kubmetrə yaxın çay məcrasında tənzimləmə işləri yerinə yetirilib. Bu işlər regionun su təminatının yaxşılaşdırılmasına, su itkilərinin azaldılmasına və kənd təsərrüfatı istehsalının dayanıqlığının artırılmasına dəstək

































_1779806046.jpeg)











.webp)




