Çin iddia edir ki, xarici kəşfiyyat xidmətləri ölkənin sahil bölgələri haqqında həssas məlumatlar toplamaq üçün dəniz canlılarından istifadə edir.
"Unikal" xəbər verir ki, bu barədə Çinin Dövlət Təhlükəsizliyi Nazirliyi bəzi xarici təşkilatların dəniz mühiti haqqında məlumat toplamaq və bu məlumatları peyk vasitəsilə xaricə ötürmək üçün dəniz tısbağaları və balıqlarına sensorlar yerləşdirdiyini açıqlayıb.
Nazirlik bu fəaliyyətlərin milli təhlükəsizliyə təhdid yaratdığını iddia edib.
"Çin ərazi sularında onlara qoşulmuş sensorlar vasitəsilə bəzi iri dəniz canlıları aşkar edilib. Bu heyvanların müəyyən ərazilərdə üzərək suyun temperaturu, duzluluq və okean axınları kimi ətraf mühit məlumatlarını topladığı və daha sonra bu məlumatları peyk vasitəsilə xaricə ötürür", - açıqlamada qeyd olunub.
Nazirlik cihazların hansı ölkəyə və ya kəşfiyyat xidmətinə məxsus olduğu barədə məlumat paylaşmayıb.
Gülayə Mecid
















_1779806046.jpeg)
































