ABŞ ilə sülh müqaviləsinin mətni üzərində iş demək olar ki, əsas bəndlərində başa çatıb.

"Unikal" xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayi "PressTV"yə bildirib.

"Problem ondadır ki, ABŞ-nin ziddiyyətli mövqeləri həmişə bu prosesdə qarışıqlıq və pozuntulara səbəb olub", - deyə o əlavə edib.

Diplomat vurğulayıb ki, İran danışıqlara xoş niyyətlə və tam məsuliyyətlə daxil olub, lakin Amerika tərəfinin mövqeyi dəfələrlə dəyişib, qeyri-real tələblər irəli sürülüb və hücumlar həyata keçirilib.

Ağarza Elçinoğlu