Böyük Britaniyanın müdafiə nazirinin müavini Alister Karns nazir Con Heylinin vəzifəsindən azad edilməsindən sonra istefa verib.

"Unikal" xəbər verir ki, o, istefasını sosial media platforması "X"də elan edib.

"Mənə aydın oldu ki, istədiyim dəyişikliklər həyata keçirilməyəcək. Vəziyyəti nəzərə alaraq, müdafiə nazirinin Silahlı Qüvvələr üzrə müavini vəzifəsindən istefa vermək qərarına gəldim", - deyə Karns yazıb.