“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatı, Yasamal Rayon İcra Hakimiyyəti və Azərbaycan Texniki Universitetinin (AzTU) birgə təşkilatçılığı ilə 15 İyun - Milli Qurtuluş Gününə həsr olunan “15 İyun: Qurtuluşdan inkişafa aparan yol” mövzusunda tədbir keçirilib.
"Unikal" xəbər verir ki, əvvəlcə universitetin foyesində ümummilli lider Heydər Əliyevin büstü önünə güllər düzülüb.
Tədbirdə ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı və suverenliyi uğrunda canlarını qurban verən Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycanın Dövlət Himni səsləndirilib.
Daha sonra Milli Qurtuluş Gününə həsr olunan videoçarx nümayiş olunub.
Qonaqları salamlayan AzTU-nun rektoru Vilayət Vəliyev Milli Qurtuluş Günü münasibətilə təbriklərini çatdırıb.
Rektor bildirib ki, 1993-cü ildə ümummilli lider Heydər Əliyevin xalqın tələbi ilə ikinci dəfə hakimiyyətə gəlişi zamanı ölkə vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu. Ulu Öndər hakimiyyətə qayıdışı ilə Azərbaycanın bütün sahələrdə inkişafında, beynəlxalq arenada nüfuzunun artmasında mühüm və həlledici rol oynadı. Bu gün Ulu Öndərin siyasi xətti Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir.
Daha sonra çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yasamal Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Hüseyn Əfəndiyev, YAP Veteranlar Şurasının üzvləri Şahlar Əsgərov, Misir Mərdanov, millət vəkilləri Mahir Süleymanlı, Göydəniz Qəhrəmanov Ulu Öndərin zəngin siyasi irsi, xalqın rifahının yüksəldilməsi istiqamətində mühüm xidmətlərindən söz açıblar. Qeyd olunub ki, Milli Qurtuluş Günü xalqın öz liderinə olan inamının, milli birliyin və dövlətçilik ənənələrinin təntənəsinin simvoludur. Ümmummli lider Heydər Əliyev ideyaları gələcək nəsillərə örnəkdir. Onun müəyyən etdiyi inkişaf strategiyası bu gün Azərbaycanın davamlı tərəqqisinin əsasını təşkil edir.
Tədbirdə AzTU-nun rektoru Vilayət Vəliyev “15 İyun - Milli Qurtuluş Günü münasibətilə və Partiyada ictimai-siyasi fəaliyyətinə görə” YAP Yasamal rayon təşkilatının fəxri fərmanı ilə təltif olunub.
Daha sonra YAP sıralarına yeni qoşulanlara üzvlük vəsiqələri təqdim olunub.
Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsindən sonra tədbir bədii hissə ilə davam edib.











































_1779806046.jpeg)









