"Bu ilin yanvar-may aylarında iqtisadi artım tempi xeyli aşağı düşüb, artım olmayıb. Qeyri-neft sektorunda isə cəmi 0,4% artım olub, bunun adı resessiyadır. İzah olunur ki, bu, bir sıra sahələrdə investisiyaların təxirə salınması ilə bağlıdır. Belə çıxır ki, Azərbaycanda iqtisadi artımı dövlət investisiyalarının əsas səbəbi, dövlət ehtiyacıdır".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Əli Məsimli deyib.
"Biz də hesab edirik ki, burada həqiqət var, amma yarımçıq həqiqətdir. Dövlət investisiyaları iqtisadi artıma təsir göstərir, amma o tək müəyyənedici 100% müəyyənedici amil deyil. İslahatların bir neçə amili var ki, onları sürətləndirmək lazımdır. Bax, o sahədə olan ləngimələrlə bağlıdır ki, mütləq həmin istiqamətlərdə islahatları sürətləndirməliyik", - deyə deputat bildirib.
Anar Kəlbiyev











































_1779806046.jpeg)








