"Livan suveren bir dövlətdir və öz maraqlarını güdən İranın himayəsinə ehtiyac duymur".
"Unikal" xəbər verir ki, bunu Livan Prezidenti Cozef Aun deyib.
O, iyunun 7-də Beyrutun cənub ətrafına hava hücumundan sonra İranın İsrailə raket hücumunu şərh edərkən bildirib: "Biz dost Körfəz dövlətlərinin köməyini alqışlayırıq, lakin İranın Livan xalqının maraqlarına uyğun olmayan məqsədlərə çatmaq naminə münaqişəyə müdaxiləsi bizim üçün qəbuledilməzdir. Müharibənin davam etdirilməsi heç bir fayda verməyəcək, çünki biz danışıqların lehinə seçim etmişik".
Onun sözlərinə görə, bir çox ölkələrin inkişafına töhfə verən livanlılar İranın himayəsi olmadan müstəqil şəkildə öz dövlətlərini bərpa edə və gücləndirə bilirlər.
Ağarza Elçinoğlu





.jpg)










.jpeg)
.jpeg)
































