Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-nin digər beynəlxalq münaqişələrin həllini tamamlamasını gözləmədən Rusiya Prezidenti Vladimir Putinlə dərhal birbaşa danışıqlara başlamağa hazır olduğunu bildirib.

"Unikal" xəbər verir ki, o bu barədə jurnalistlərə açıqlamasında deyib. 

"ABŞ-nin dünyadakı bütün münaqişələri həll etməsini gözləməkdənsə, Putinlə dərhal birbaşa danışıqlara başlamağa hazıram və o zaman növbə bizim olacaq. Vaşinqtonun diqqəti hazırda əsasən İran ətrafındakı vəziyyətə yönəlib. "Bu gün diqqət mərkəzində biz deyilik. Mənim fikrimcə, İran ABŞ üçün bir nömrəli məsələdir", - deyə Zelenski bildirib.