Rusiya Azərbaycana investisiya yatıracaq. 

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Federasiyası Prezidentinin Davamlı İnkişafa Nail Olmaq üçün Beynəlxalq Təşkilatlarla Əlaqələr üzrə Xüsusi Nümayəndəsi Boris Titov 2026-cı il Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda (SPIEF) açıqlama verib.

"Ermənistanda itirdiyimiz şeyləri Azərbaycanla əvəz edəcəyik, çünki kənd təsərrüfatı sektorunda Azərbaycan Rusiyaya Ermənistandan xeyli çox məhsul tədarük etmək iqtidarındadır", - deyə Titov bildirib.