ABŞ-nin Bakersfield şəhərində bir kişi naməlum sayda girovla birlikdə bank binasında barrikada qurub.

"Unikal" xəbər verir ki, bu  barədə CNN məlumat yayıb.

Qeyd olunur ki, hadisə yerinə polis cəlb olunub. 

"Şəhərin mərkəzində yerləşən Chase Bank binasında bomba təhdidi ilə bağlı çağırış daxil olduqdan sonra əməkdaşlar hadisə yerinə gəliblər. Məlum olub ki, bir kişi binanın içərisində “bir neçə yerli sakinlə birlikdə” barrikada qurub. Danışıqlar nəticəsində girovlardan ikisi azad edilib, qalan şəxslərin isə “sağlam vəziyyətdə” olduğu bildirilib", - polisin açıqlamasında qeyd olunub. 

Rəsmilərin sözlərinə görə, yaxınlıqdakı binalar, o cümlədən meriya və polis qərargahı təxliyə olunub, bəzi yollar isə müvəqqəti bağlanıb. Polis əməkdaşları bina və ətraf biznes obyektləri ətrafında təhlükəsizlik perimetri yaradıb.

Seymur Əli