Konqo Demokratik Respublikasında Ebola virusundan ölənlərin sayı 60 nəfərə yüksəlib.

"Unikal" xəbər verir ki, “Reuters”in ölkənin Səhiyyə Nazirliyinə istinadən yaydığı məlumata görə, təsdiqlənmiş yoluxma hallarının sayı 344-ə çatıb. Bundan əvvəl 321 yoluxma halı qeydə alınmışdı.

Bildirilib ki, epidemiyanın əsas ocağı ölkənin şərqində yerləşən İturi əyaləti bölgəsidir. Ebola virusuna yoluxma halları İturi ilə həmsərhəd olan Uqanda ərazisində də aşkarlanıb.