"Azərbaycan bu gün beynəlxalq aləmdə güclü, nüfuzlu və etibarlı tərəfdaş kimi tanınır".
"Unikal" xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov "X"dəki hesabında yazıb.
"Bu gün Azərbaycan xalqının şanlı tarixində mühüm yer tutan 28 May – Müstəqillik Gününü qürurla qeyd edirik. Müstəqilliyimizin qorunması və daha da möhkəmləndirilməsi naminə göstərilən səylər nəticəsində Azərbaycan bu gün beynəlxalq aləmdə güclü, nüfuzlu və etibarlı tərəfdaş kimi tanınır. Bu əlamətdar gün münasibətilə bütün həmvətənlərimizi ürəkdən təbrik edir, ölkəmizə davamlı inkişaf, xalqımıza firavanlıq, əmin-amanlıq və yeni-yeni uğurlar arzulayıram.
28 May – Müstəqillik Günümüz mübarək!", - C.Bayramov qeyd edib.

















































